Bu gün Təl-Əvivin “Ben Qurion” hava limanında İsraildən İstanbula uçuş xəttinin açılması münasibətilə təntənəli mərasim keçirilib.
Editor.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb. Məlumata görə,İsrail Nəqliyyat Nazirliyinin rəhbəri Miri Regev, İsrailin İstanbulla hava əlaqəsinin açılması münasibətilə keçirilən təntənəli mərasimdə ıxış edərək deyib: “Bu, bir tarixi hadisədir.
Çünki 16 ildir ki, ölkələrimiz arasında hava əlaqəsi olmayıb. Regev qeyd edib ki, İsrail tərəfi Türkiyədə hava mövcudluğunu daha da genişləndirmək və ikitərəfli əlaqələri gücləndirmək niyyətindədir.
Qeyd edək ki, dünən İsrail xarici işlər naziri ilə Türkiyə prezidenti arasında aparılan danışıqlar baş tutmuşdu.
//Samir Qurbanov, Editor.az

