İsrail Türkiyənin Təl-Əvivdəki səfirliyinə sərt etiraz bildiribbackend

İsrail Türkiyənin Təl-Əvivdəki səfirliyinə sərt etiraz bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Təl-Əvivdəki səfirinin müavinini avqustun 2-də İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz sosial şəbəkələrdəki səhifələrində danışıb.

Türkiyə səfirliyinin öldürülən İsmayıl Haniyə üçün matəm əlaməti olaraq bayrağını yarıya qədər endirməsinə cavab olaraq Katz səfirə, “İsrail keçən il İsrail ordusunun obyektlərinə və yaşayış məntəqələrinə Fələstinin hücumunda iştirak edən HƏMAS nümayəndəsi üçün kədər ifadələrinə dözməyəcək” –deyib. “Əgər səfirlik nümayəndələri yas saxlamaq istəyirlərsə, Türkiyəyə gedib Ərdoğanla birlikdə yas tutsunlar” – nazirlik rəhbəri bildirib.

//Samir Qurbanov, Editor.az