İsrailin xarici işlər naziri Eli Koen aprelin 20-də Aşqabada rəsmi səfər edəcək. Səfər çərçivəsində o, burada İsrail diplomatik missiyasının açılış mərasimində iştirak edəcək.
Editor.az-ın məlumatına görə, bundan əvvəl Koen bəyan etmişdi ki, İsrail tərəfi Türkmənistanda daimi nümayəndəlik açmaq niyyətindədir. Onun sözlərinə görə, İsrail və Türkmənistan strateji tərəfdaşdırlar.
Koen qeyd edib ki, İsrailin Türkmənistanın paytaxtında səfirliyi artıq formalaşmış tərəfdaşlıq əlaqələrinin konturlarını gücləndirəcək və iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcək.
//Samir Qurbanov,Editor.az

