İsrail, Ukrayna, Hind-Sakit okean regionu üçün sabit maliyyə təmin edə bilməsək, ABŞ-ın milli maraqlarına ciddi ziyan dəyəcək – Ceyk Sallivanbackend

Bu ölkələr üçün sabit maliyyə təmin edilmədiyi halda ABŞ-ın milli maraqlarına ciddi ziyan dəyəcək – Ceyk Sallivan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqresdə Ukraynaya yeni yardım paketi təsdiq edilmədən ABŞ-ın imkanları hər həftə azalır.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda keçirdiyi brifinqdə deyib. “Bu, artıq bizim Ukraynaya lazım olan hər şeyi vermək qabiliyyətimizə təsir edir.

Və bu təsir zaman keçdikcə daha da artacaq”, – Sallivan deyib. Onun sözlərinə görə, ABŞ Konqresi prezident Baydenin Ukrayna və İsrailə yardımı ehtiva edən xahişini mümkün qədər tez qəbul etməlidir, çünki bu, ABŞ-ın milli maraqlarına birbaşa toxunur.

Bayden administrasiyası İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhəd təhlükəsizliyi üçün maliyyə tələb edib. Bu sorğuda Ağ Ev “Ukrayna üçün xüsusi olaraq və mümkün qədər tez nəyin lazım olduğunu” təfərrüatı ilə izah edib. Hökumət bu təşəbbüsün dəstəklənməsini təmin etmək üçün ABŞ Konqresinin hər iki palatasında respublikaçılar və demokratlarla fəal işləyir. Onun sözlərinə görə, “İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhəd üçün sabit maliyyə təmin edə bilməsək, ABŞ-ın milli maraqlarına ciddi ziyan dəyəcək”.

//Samir Qurbanov, Editor.az