İsrail Ukraynaya qoşun göndərir?backend

İsrail Ukraynaya qoşun göndərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində hər iki ölkəyə qarşı səssiz qalan İsrail Kiyevə hərbi yardımın göndərilməsini müzakirə edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İsrailin Baş naziri Binyamin Netanyahu bununla hərbi yardımın göstərilməsini müzakirə etmək üçün İsrail təhlükəsizlik rəsmiləri ilə görüş keçirib.

Görüş zamanı İsrail Milli Təhlükəsizlik Şurasının nümayəndələri Ukraynanın İsrail müdafiə sistemlərinin alınmasına dair tələbləri və Rusiyaya qarşı həssaslığı ilə bağlı çıxışlar ediblər. Ağıllı raket sistemlərini Kiyevə daşımağa və minalardan təmizləməyə kömək etməyə hazır olduğunu bildirən İsrail hələ də Ukraynaya silah tədarükünü tam təsdiqləməyib.

İsrailin baş naziri Binyamin Netanyahu fevralın 4-də Parisə səfəri zamanı Fransanın LCI kanalına verdiyi müsahibədə Ukraynaya “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin göndərilməsi imkanlarını araşdıracağını bildirib.

//Safura Bənnayeva, Editor.az