İsrail və BƏƏ azad ticarət sazişi imzalayıbbackend

İsrail və BƏƏ azad ticarət sazişi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aylarla davam edən danışıqlar sonunda iki ölkə arasında ilk dəfə böyük azad ticarət sazişi imzalanıb.

Editor.az xəbər verir ki, bu barədə BƏƏ-nin İsraildəki səfiri Amir Hayek “Twitter” hesabında paylaşım edib.

BƏƏ-İsrail Biznes Şurasının sədri Dorian Barak, bildirib ki, imzalanmış saziş vergi dərəcələri, idxal və əqli mülkiyyət hüquqları ilə bağlıdır. O qeyd edib ki, bu sazişlə İsrail şirkətləri BƏƏ-də, xüsusilə Dubayda daha çox investisiya yatıra bilər.

“Hesablamalara görə, Cənubi Asiya, Uzaq Şərq və Yaxın Şərqdə, həmçinin BƏƏ-də və ya BƏƏ ilə əlaqələri olan 1000-ə yaxın şirkət İsrail şirkətləri ilə əməkdaşlıq edəcək. Daxili bazar bütün imkanları təmin etmir. Dubayda daha geniş bölgəni hədəf almaq üçün imkanlar formalaşır”, -deyə Barak bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az