İsrail və Fələstin atəşkəs razılaşması əldə ediblər.
Editor.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, atəşkəs mayın 3-də Bakı vaxtı ilə saat 04:00-də qüvvəyə minib. Bu yöndə aparılan danışıqlarda Misir, Qətər və BMT vasitəçi olub. Qeyd edək ki, dünən, mayın 2-də “Fələstin İslami Cihad”ının yüksək rütbəli üzvü Hader Adnan İsrail həbsxanasında dünyasını dəyişib.
O, üç ay idi ki, aclıq aksiyası keçirirdi. Elə həmin gün Qəzza zolağından İsrailə onlarla raket atılıb. Ən azı üç nəfər yaralanıb. Mayın 3-nə keçən gecə İsrail buna cavab olaraq Qəzza zolağına atəş açıb. İsrail ordusu zərbələrin HƏMAS-ın hədəflərinə endirildiyini bildirib. Fələstin mediasının məlumatına görə, bir nəfər yaralanıb.
//Samir Qurbanov,Editor.az

