İsrail və HƏMAS 30 günlük atəşkəs barədə razılığa gəliblərbackend

İsrail və HƏMAS 30 günlük atəşkəs barədə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti və Fələstinli HƏMAS yaraqlıları girovların azad edilməsinə dair yeni saziş və 30 günlük atəşkəs haqqında ilkin razılığa gəliblər.

Editor.az bu barədə “Reuters”ə istinadən məlumat yayıb. Bununla belə, tərəflər arasında hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır, – agentlik qeyd edir.

Nəşr xatırladır ki, əvvəlcə HƏMAS bir neçə ay müddətinə atəşkəs tətbiq etməyi təklif edib, lakin dekabrın sonunda tərəflər bir aylıq fasilə barədə razılığa gəliblər. Eyni zamanda, HƏMAS növbəti atəşkəs şərtləri razılaşdırılana qədər danışıqlardan imtina edib. İsrail “mərhələli razılaşma” ideyasını irəli sürüb – mülki şəxslər və hərbçilər də daxil olmaqla girovlar tədricən azad edilərkən atəşkəs olsun. HƏMAS da öz növbəsində məhbusların azad edilməsi müqabilində daimi atəşkəs haqqında razılaşma tələb edib. Bəzi mənbələrə görə, HƏMAS mülki girovları azad edən kimi (İsrail hərbçiləri əsir qalsa belə), SAXAL-ın döyüşləri bərpa edəcəyindən ehtiyat edirlər.

Son məlumatlara görə, Qəzza zolağında 132 nəfər əsir saxlanılır. 2023-cü ilin noyabr ayının sonunda bir həftəlik atəşkəs zamanı 108 girov azad edilib. Atəşkəs dekabrın 1-də SAXAL tərəfindən pozulub. İsrail ordusu hərəkətlərini HƏMAS-ın təxribatları ilə izah edib. İsrail tərəfinin məlumatına görə, müharibə başlayandan bəri ən azı 27 girov öldürülüb.

//Samir Qurbanov, Editor.az