İsrail və Həmas arasında 6 həftəlik atəşkəs sazişinin mətni masadadır – Co Baydenbackend

İsrail və Həmas arasında 6 həftəlik atəşkəs sazişinin mətni masadadır – Co Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden yaraqlılar tərəfindən əsir götürülən girovların azad edilməsi üçün İsrail və Həmas arasında 6 həftəlik atəşkəsin tərəfdarı olduğunu bildirib.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. İordaniya kralı II Abdullah ilə Ağ Evdə görüşəndən sonra ABŞ prezidenti belə bir fasilənin “Qəzzada ən azı altı həftə ərzində dərhal və uzun müddətli sakitlik dövrü gətirəcəyini, bundan sonra biz bu vaxtı daha davamlı bir şey tikmək üçün istifadə oluna biləcəyini” söyləyib.

“Müqavilələrin əsas elementləri artıq masadadır” deyən Bayden əlavə edib ki, Birləşmiş Ştatlar “onların nəticə verməsinə əmin olmaq üçün əlindən gələni edəcək”.

//Samir Qurbanov, Editor.az