İsrail və HƏMAS arasında danışıqlar olubbackend

İsrail və HƏMAS arasında danışıqlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş Təhlükəsizlik Xidmətinin direktoru Misirə səfər edib və burada dövlətin kəşfiyyat rəhbəri ilə danışıqlar aparıb.

Tərəflər yəhudi dövlətinin hakimiyyət orqanları ilə HƏMAS arasında mümkün danışıqlara qayıtmağı müzakirə ediblər. “Tərəflər HƏMAS hərəkatının lideri Yəhya Sinvarın Dohada təşkilatın nümayəndələri, onların vasitəsilə Qətər və Misir vasitəçiləri ilə təmasları bərpa etməsi fonunda girovlarla bağlı danışıqların bərpası yollarını müzakirə ediblər”, – “Walla” məlumat portalı yazıb.

Ölkələrin nümayəndələri Rəfah keçid məntəqəsinin bağlanması fonunda ikitərəfli münasibətlərin pisləşməsini də müzakirə ediblər. Qeyd edək ki, İsrail tərəfi bu məlumatı şərh etməkdən rəsmən imtina edib.

//Samir Qurbanov, Editor.az