İsrail və HƏMAS razılığa gəldibackend

İsrail və HƏMAS razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti və Fələstinin HƏMAS qruplaşması atəşkəs və girov mübadiləsinə dair yeni sazişin əsas bəndləri üzərində razılığa gəliblər.

Editor.az bildirir ki, bu barədə İspaniyanın EFE agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, tərəflər 40 gün müddətinə atəşkəs tətbiq etmək barədə razılığa gəliblər. Bu müddət ərzində 404 fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 60 yaşdan yuxarı qadınlar, uşaqlar və kişilər də daxil olmaqla 40 israilli girov azad edilməlidir.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir. İsrail 1,4 min vətəndaşın öldüyünü bildirdi, Fələstin rəsmiləri qurbanların sayını 30 mindən çox hesab edir.

//Samir Qurbanov, Editor.az