İsrail və Mərakeş bir neçə ay ərzində səfirlik açmağa razılaşıblarbackend

İsrail və Mərakeş bir neçə ay ərzində səfirlik açmağa razılaşıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Mərakeş bir neçə ay ərzində diplomatik əlaqələrin səviyyəsini yüksəltmək və səfirliklər açmaq barədə razılığa gəliblər.

Editor.az-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Mərakeşdə səfərdə olan İsrailin xarici işlə naziri Yair Lapid deyib.

Y.Lapid bildirib: “Diplomatik əlaqələrin səviyyəsini yüksəltmək niyyətindəyik – əlaqə bürolarından səfirliklərə qədər. Bir neçə aydan sonra səfirliklər açacağıq”.

Qeyd edək ki, ötən gün Y.Lapid Rabat şəhərində İsrailin Mərakeşdəki əlaqə bürosunun (diplomatik nümayəndəlik) açışılında iştirak edib.