İsrailin baş naziri Binyamin Netanyahu və Misir rəsmiləri keçmiş ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyiblər.
Netanyahu sosial şəbəkə X hesabında paylaşım edərək Trampın sülh təşəbbüslərinə görə bu mükafata layiq olduğunu bildirib.
“Donald Trampa Nobel Sülh Mükafatını verin, o, bunu haqq edir”, — deyə İsrail baş naziri vurğulayıb.
Qeyd edək ki, Trampın adı daha əvvəl də müxtəlif illərdə Nobel Sülh Mükafatı üçün mümkün namizədlər sırasında çəkilib.
//Samir Qurbanov, Editor.az

