İsrail və Türkiyə razılığa gələ bilmədilərbackend

İsrail və Türkiyə razılığa gələ bilmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Türkiyə Bakıda keçirilən danışıqlarda Suriyadakı vəziyyətlə bağlı razılığa gələ bilmədilər. KİV-in məlumatına görə, tərəflər müzakirəni daha sonra davam etdirəcəklər.

İsrailin “Kan” kanalının məlumatına görə, Ankara və Təl-Əviv nümayəndə heyətləri arasında növbəti görüşlər bu il aprelin 12-dən 19-dək qeyd olunan Pasxa bayramından sonra baş tutacaq.

Qeyd edək ki, Türkiyə və İsrail iki ölkə hərbçiləri arasında toqquşmaların qarşısını almaq üçün Suriyada deeskalasiya mexanizminin yaradılmasını müzakirə ediblər. Bundan əvvəl İsrail Ərəb Respublikasındakı hədəflərə hava zərbələri endirərək, Suriyada hərbi əməliyyatları gücləndirib. Təl-Əvivdəki hökumət dairələrindəki mənbələrin qeyd etdiyi kimi, yəhudi dövlətinin hakimiyyəti bununla Suriyada hərbi bazalar yerləşdirməyi planlaşdıran Türkiyəyə təzyiq göstərməyə çalışır.

//Samir Qurbanov, Editor.az