İsrail və Ukraynaya yardımla bağlı “konsensus” var – senator Cak Sumerbackend

İsrail və Ukraynaya yardımla bağlı “konsensus” var – senator Cak Sumer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Co Bayden və konqres liderləri arasında bazar günü keçirilən zəng zamanı həm İsrail, həm də Ukraynaya yardımla bağlı “konsensus” olub.

Editor.az bildirir ki, bu barədə Senat çoxluğunun lideri Cak Sumer məlumat verib. “ABC News” xəbər verir ki, Şumer bu həftə hər iki ölkəyə kömək etmək üçün nəyinsə edilə biləcəyinə “ümid etdiyini” söyləyib. O, qeyd edib ki, İsrail və Ukraynaya yardımı yönəltməyin ən yaxşı yolu hər iki ölkəyə yardımı ehtiva edən

Senat tərəfindən təsdiq edilmiş əlavə milli təhlükəsizlik proqramını nəzərdən keçirmək və qəbul etməkdir. Senat fevral ayında 95 milyard dollarlıq paketi qəbul edib, lakin Conson onu səsverməyə çıxarmayıb: “İsrailə raket əleyhinə və pilotsuz təyyarələrə qarşı imkanlarını bərpa etməkdə kömək etməyin ən yaxşı yolu dərhal bu əlavə proqramı qəbul etməkdir. Dediyim kimi, İsrail öz müdafiəsinə bir milyard dollara yaxın vəsait xərcləyib və əlavə təhlükəsizlik bu anti-raket mübarizəsini tamamlayacaq”, – Şumer vurğulayıb.

//Samir Qurbanov, Editor.az