İsrail vurdu, jurnalist canlı efirdə yaralandıbackend

İsrail vurdu, jurnalist canlı efirdə yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanlı jurnalist, “Mirayya” beynəlxalq şəbəkəsinin redaktoru Fadi Boudia İsrail ordusunun endirdiyi zərbə nəticəsində canlı efirdə yaralanıb. Hələlik başqa təfərrüatlar yoxdur.

Qeyd edək ki, sentyabrın 23-də İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə kütləvi hücumlara başlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin zərbələri nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb. Aİ diplomatiya rəhbəri Josep Borrell bildirib ki, Livanda vəziyyət tammiqyaslı müharibəyə yaxındır.

//Samir Qurbanov, Editor.az