İsrail xarici işlər naziri: Yaxın 48 saat ərzində…backend

İsrail xarici işlər naziri: Yaxın 48 saat ərzində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Türkiyə ilə birbaşa uçuşları bərpa etməyə hazırlaşır.

Editor.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Eli Koen Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O, uçuşların yaxın 48 saat ərzində bərpa olunacağını vurğulayıb.

Nazir həmçinin bildirib ki, onların türkiyəli həmkarı ilə danışıqlarının əsas mövzusu İsrail-Türkiyə münasibətlərinin əvvəlki səviyyəyə qaytarılması olub. O, ötən həftə baş vermiş dağıdıcı zəlzələlərin qurbanları ilə əlaqədar Türkiyə rəhbərliyinə və xalqına başsağlığı verib, həmçinin İsrailin humanitar yardım köçürmələrini davam etdirəcəyini bildirib.

  //Samir Qurbanov, Editor.az