İsrail xarici işlər nazirindən zəlzələ səbəbiylə Türkiyəyə başsağlığı ziyarətibackend

İsrail xarici işlər nazirindən zəlzələ səbəbiylə Türkiyəyə başsağlığı ziyarəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra Türkiyəyə başsağlığı səfəri təşkil edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Koen səfər çərçivəsində prezident Ərdoğanla görüşəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək və ölkəsinin zəlzələdən zərərçəkmişlər üçün yaratdığı səhra xəstəxanasına baş çəkəcək.

Koen açıqlamasında Ərdoğan və Çavuşoğluna, İsrail xalqına başsağlığı verəcəyini bildirib. “İsrail bu çətin zamanda Türkiyənin yanındadır və qüvvələrimizin fəaliyyəti və humanitar yardım vasitəsilə Türkiyəyə kömək etməyə davam edəcək”, – nazir bildirib.

Qeyd edək ki, Səhər saatlarında Ankaraya gələn Koeni Qubernator müavini Murat Soylu qarşılayıb.

//Gülnarə Abasova, Editor.az