İsrail Yəməni vurmaq imkanlarını öyrənirbackend

İsrail Yəməni vurmaq imkanlarını öyrənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hərbi-siyasi rəhbərliyi Yəmən ərazisinə zərbə endirmək variantını öyrənir ki, bu da İsrail Hərbi Hava Qüvvələrinin əvvəlki zərbələrindən “daha ağrılı siqnal” verəcək.

Bu barədə adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmisi “Kan” dövlət televiziyasına bildirib. Mümkün zərbənin Yəmənin bir hissəsinə nəzarət edən Husi “Ənsar Allah” hərəkatının İsrail ərazilərini atəşə tutmaq cəhdlərinə yəhudi dövlətinin cavabı olacağı qeyd edilir. Son iki gündə Yəməndən İsrailə doğru iki ballistik raket atılıb.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” İsraili atəşə tutmaq və onunla əlaqəli gəmiləri, o cümlədən Qırmızı dəniz suları və Bab əl-Məndəb boğazından keçidi əngəlləmək niyyətini açıqlayıb. Bu təhdidlərə cavab olaraq İsrail ordusu iyul və sentyabr aylarında iki dəfə Yəmənə hava zərbələri endirib.

//Samir Qurbanov, Editor.az