İsrail yenidən Qəzzanı vurdu, 93 nəfər öldübackend

İsrail yenidən Qəzzanı vurdu, 93 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı 93 nəfərin öldüyünü bildirib.

BMT-nin xüsusi koordinatoru Thor Venneslandın sözlərinə görə, ölənlər arasında ən azı 25 uşaq da var. ABŞ Dövlət Departamenti İsrail hakimiyyətinə müraciət edərək ordunun hərəkətləri ilə bağlı izahat tələb edib.

BMT-nin xüsusi koordinatoru Tor Vennesland təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı Beyt Lahiyə hava hücumu nəticəsində ölənlərin sayını açıqlayıb. “Bizə təcili olaraq bu şurada dəfələrlə irəli sürdüyüm prinsiplərə uyğun olaraq Qəzzada siyasi və təhlükəsizlik strukturunun yaradılması üçün bir sıra razılaşmalara ehtiyacımız var” – deyib.

“The Times of Israel” xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hava hücumu nəticəsində çox sayda insan tələfatı ilə əlaqədar İsrail hakimiyyətinə müraciət edib. O, xüsusi qeyd edib ki, ölənlər arasında uşaqlar da var.

Xatırladaq ki, oktyabrın 16-da ABŞ İsrailə xəbərdarlıq etmişdi ki, bir ay ərzində Qəzza zolağında humanitar vəziyyət düzəlməzsə, bu ölkəyə hərbi dəstəyi azalda bilər.

//Samir Qurbanov, Editor.az