İsraildən İrana qarşı “nüvə“ çağırışıbackend

İsraildən İrana qarşı “nüvə“ çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Benni Qantz mətbuat xidməti tərəfindən təşkil edilən Yəhudi Media Sammiti adlı illik konfransda çıxış edib.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, Qantz çıxışı zamanı qeyd edib ki, NATO-nun Ukraynadakı koordinasiyası kimi, beynəlxalq ictimaiyyətdəki tərəfdaşları da İranla bağlı koordinasiyalı şəkildə hərəkət etməyə sövq edilməlidir.

İranın nüvə sahəsində geri dönüşü olmayan bir nöqtəyə çata biləcəyi xəbərdarlığını edən Qantz fikirlərinə belə davam edib: “İran hazırda daxili problemlərdən, iqtisadi çətinliklərdən və Ukraynaya hücumlar üçün (Rusiyaya) silah tədarükü ilə bağlı reaksiyalardan əziyyət çəkir. İndi biz hərbi, kəşfiyyat və siyasi əməkdaşlığını dərinləşdirməliyik. İndi nüvə irəliləyişini dayandıran təkmil nüvə sazişi üçün İrana təzyiq göstərməyin vaxtıdır”.

O, Sözügedən təzyiq uğursuz olarsa, hərkəsin İrana qarşı güc tətbiq etməsinin vacib olduğunu da vurğulayıb.

//Safura Bənnayeva, Editor.az