Qəzzada altı girovun ölümündən bir gün əvvəl İsraildə kütləvi etirazlar baş verib.
İnsanlar Qüds və Təl-Əviv küçələrinə çıxaraq baş nazir Benyamin Netanyahudan qalan girovların azad edilməsi üçün daha çox tədbir görməsini tələb ediblər.
Editor.az bildirir ki, bu barədə sentyabrın 2-də “Reuters” agentliyi yazır. İsrail mediasının hesablamalarına görə, 500 minə qədər insan küçələrə çıxıb.
Etirazçılar yolları bağlayıb, əllərində İsrail bayraqları və ölənlərin təsvirləri olan plakatlar tutublar. Həmkarlar ittifaqı liderləri etiraz əlaməti olaraq ölkənin əsas hava limanı olan “Ben Qurion”un bağlanması da daxil olmaqla, ümumi tətilə çağırıblar. Həmkarlar ittifaqı federasiyasının rəhbəri Arnon Bar-David HƏMAS ilə razılaşmanın hər şeydən vacib olduğunu vurğulayıb və hökuməti tez hərəkətə keçməyə çağırıb.
//Samir Qurbanov, Editor.az