İsraildə heç kim amerikalılara “yox” deməyi bilmədən baş nazir ola bilməz – Benyamin Netanyahubackend

İsraildə heç kim amerikalılara “yox” deməyi bilmədən baş nazir ola bilməz – Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi dövlətinin hökumət başçısı Benyamin Netanyahu Knessetdə çıxışı zamanı ABŞ prezidenti ilə münasibətlərdəki gərginliyin səbəbini açıqlayıb.

Onun sözlərinə görə, bu, Fələstin dövlətinin yaradılmasını istəməməsi ilə bağlıdır. “Amerikanın hücumları mənə qarşı yönəlib, çünki mən Fələstin dövlətinin yaradılmasının qarşısını alıram. Burada (İsraildə) heç kim amerikalılara “yox” deməyi bilmədən baş nazir ola bilməz”, – Netanyahu deyib.

O, daha sonra qeyd edib ki, ölkə hökumətində əks fikirdə olan qüvvələr var və hesab edirlər ki, Vaşinqtonla razılaşma İsrailin təhlükəsizliyini təmin edəcək. “Burada bəziləri var ki, onlarla (amerikalılarla) münasibətləri onların problemli tələblərinə “hə” deməklə yaxşılaşdırmaq olar”,- Benyamin Netanyahu vurğulayıb.

Qeyd edək ki, Vaşinqton dəfələrlə İsrailin hakim partiyasını Fələstinin müstəqilliyini tanımağa və “iki dövlətin” mövqelərini nəzərə almaqla regionda qüvvələr balansının qurulması formatında dialoqa başlamağa çağırıb (İsrail və müstəqil Fələstin).

//Samir Qurbanov, Editor.az