İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatırbackend

İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 262 nəfər yoluxub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 799 727 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 753 306 nəfəri sağalıb, 5 856 nəfəri isə vəfat edib.