İsraildə nazir istefa verdi: mənim üçün dövlətin mənafeyi hər şeydən üstündürbackend

İsraildə nazir istefa verdi: mənim üçün dövlətin mənafeyi hər şeydən üstündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin informasiya naziri Qalit Distel-Atbaryan istefa verib.

Editor.az bildirir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib. Eks-nazirin sözlərinə görə, bu, onun idarəsinin Negev, Qaliley və Milli Dayanıqlı İnkişaf Nazirliyi ilə səlahiyyətlərinin təkrarlanması ilə bağlıdır.

“İnformasiya Nazirliyinə milli davamlılığı gücləndirmək tapşırılıb. Amma artıq bu sahə üzrəçox səriştəli nazir var, Daxili Qoşunlar Komandanlığı var, müqəddəs işi görən mülki təşkilatlar var və açığı, indi səlahiyyətlərin ikiqat artırılmasına heç bir əsas tapa bilmirəm.

İndiki vəziyyətdə bu idarə dövlətin inkişafına ciddi töhfə verə bilməz və mənim üçün dövlətin xeyri hər şeydən üstündür”, – Qalit Distel-Atbaryan deyib. Distel-Atbaryan sağçı israilli siyasi şərhçidir. O, hazırkı hökumət başçısı Benyamin Netanyahuya güclü dəstəyi ilə tanınır.

//Samir Qurbanov, Editor.az