İsraildə səfirliyin açılmasına İran hansı cavabı verəcək?-“Təxribatlar intensivləşəcək”-ŞƏRHbackend

İsraildə səfirliyin açılmasına İran hansı cavabı verəcək?-“Təxribatlar intensivləşəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla İsrail arasında münasibətlər keçmişə dayanıqlı və müsbət yöndə irəliləməkdə davam edir. Uzun müddətdir ərazilərimizdə yəhudilər yaşayır və azərbaycanlıların da həmişə onlara münasibəti yüksək səviyyədə olub. Yəhudilər diaspora yaradıb Azərbaycanı öz vətənləri hesab ediblər”.

Bu fikirləri Editor.az-a politoloq Elşad Musayev martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasının iki dövlət üçün hansı imkanları açdığı və münasibətlərin növbəti mərhələsində tərəfləri nə gözlədiyi ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə də bu balans qorunub saxlanılıb:

“44 günlük İkinci Qarabağ müharibəsində dostluq, müttəfiqlik əlaqələrinin müsbət nəticələrini gördük. İsraildə Azərbaycan səfirliyinin açılması çox böyük bir hadisədir. Əsasən müsəlman ölkələri İsraildə səfirlik açmaqda bir qədər çəkinirlər. Azərbaycanın bu addımına isə qonşu İran xüsusi həssaslıq və qısqanclıqla yanaşır. Amma Azərbaycan müstəqil dövlətdir və qərarlarını özü verir. İsrail dünyada aparıcı ölkələrdən biridir. Strateji baxımdan da olduqca əhəmiyyətlidir. Buna görə də orada səfirlik açmaq çox doğru addımdır. Bundan sonrakı mərhələdə tərəflər arasında əlaqələr daha da inkişaf edəcək. Bu isə müxtəlif sahələrə sirayət edəcək “.

Politoloq eyni zamanda səfirliyin açılmasından sonra İranın Azərbaycana qarşı düşmənçilik mövqeyinin güclənməsi və təxribatlarının intensivləşməsi məsələsinə də münasibət bildirib:

“Son vaxtlar faşist molla rejimi Azərbaycana “diş qıcayıb”. İranın daxilində çox ciddi problemlər var. Mövcud rejim bundan yaxa qurtarmaq üçün kənarda düşmən axtarışındadır. Azərbaycanı guya rəsmi Tehrana qarşı hansısa təhlükə törətməkdə təqsirləndirirlər. Təbii ki, bundan sonra da belə təxribatların artması gözləniləndir. Azərbaycana düşmən münasibət bəsləyən İran, məscidlərdə donuz saxlayan Ermənistana qucaq açır. Nəzərə alaq ki, İran kimi dünyada təbii ehtiyatlar baxımından 4 və ya 5-ci yerdə olan ölkə İsrail ilə bacarmadı. İsrailin xüsusi xidmət orqanları Tehranda “at oynadır”. İran qorxusundan hərbi cəhətdən güclü olan İsrailə qarşı addım ata bilmədi. Lakin ölkəmizə qarşı təxribatların dayanacağını düşünmürəm. Əksinə daha da intensivləşəcək “.

//Safura Bənnayeva, Editor.az