İsraildə sirenlər səslənib, raket hücumu barədə xəbərdarlıq edilibbackend

İsraildə sirenlər səslənib, raket hücumu barədə xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri ehtimal olunan raket hücumlarına görə ölkənin cənub bölgəsində sirenlərin səsləndiyini bildirib.

Editor.az-ın məlumatına görə, İdarədən bildirilib ki, müvəqqəti sakitlikdən sonra bölgə sakinlərinə potensial raket zərbələri barədə xəbərdarlıq edilib.

Təfərrüatlar sonra açıqlanacaq. İsrailin Kan radiosunun məlumatına görə, hazırda atəşkəslə bağlı heç bir irəliləyiş yoxdur. Eyni zamanda, “The Times of Israel” nəşri səhər saatlarında İsraillə Qəzza zolağının sərhədində “nisbi sükut” haqda yazıb.

  //Samir Qutbanov,Editor.az