İsraildə ölkənin şimalındakı Eliakim hərbi bazasından “Merkava” əsas tankı oğurlanıb.
Editor.az bildirir ki, bu barədə sentyabrın 20-də İsrail mətbuatı polisə istinadən məlumat yayıb.
Qeyd olunur ki, zirehli texnika “tam döyüş hazırlığında olmayıb”. Yəni tank sursatsız olub və hərbi personalın təlimi üçün nəzərdə tutulub.
Polis axtarışa başlayandan bir neçə saat sonra tankı aşkar edib; avadanlıq Elyakimdən təxminən 20 km aralıda, Neşer şəhərində metal qırıntıları anbarında tapılb. “Merkava” artıq bazaya qaytarılıb.
Jurnalistlər tank oğurlamaqda şübhəli bilinən iki nəfərin – Hayfa və Tiberiya sakinlərinin saxlanıldığını yazır. “İsrael News” nəşri qeyd edir ki, tankın qaçırılmasının motivləri barədə məlumat verilmir.
//Samir Qurbanov, Editor.az

