İsraildə təkrar karantin əhalini ayağa qaldırdıbackend

İsraildə təkrar karantin əhalini ayağa qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti karantin məhdudiyyətlərini sərtləşdirir.

Vesti.ru xəbər verir ki, ölkənin Baş naziri Binyamin Netanyahu ölkə daxilində tam karantin tətbiq edildiyini açıqlayıb.

Təkrar karantin sabah qüvvəyə minəcək və ən azı iki həftə davam edəcək.

İsrail klinikalarının iyun ayında demontaj olunmuş koronavirus şöbələri yenidən açılır. Təqaüddə olan həkimlər də işə çağırılır.

Xəstəxanalarda 650 nəfər ağır koronaviruslu xəstənin olduğu bildirilir.

Bu göstəricinin ayın əvvəlinə nisbətən əlli faiz çox olduğu qeyd edilir, xəstəxanaların artıq öz imkanlarının astanasında olduğu vurğulanır.

Vəziyyətin qışa qədər daha da pisləşə biləcəyini hesab etdikləri üçün təcili süni tənəffüs aparatları ilə işləyə biləcək mütəxəssislər hazırlayırlar.

Verilən qərarla məhdudiyyətlərin əvvəlkilərdən daha sərt olacağı bildirilir.

Bu qərar əhali arasında narazılığa səbəb olub. Ölkəni etiraz aksiyaları cənginə alıb. Xüsusilə də, ortodoksal yəhudi icmaları sinaqoqların bağlanmasına etiraz edirlər.

Onlardan başqa, karantinin ilk vaxtlarından işsiz qalan əhali də etirazlara qalxıb.