ABŞ-ın “Wall Street” jurnalında keçən həftə İranla bağlı olduqca sensasion bir məqalə yayılıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məqalədə İranın 20 il əvvəl MAQATE-nin məxfi sənədlərini oğurlaması qeyd olunub. Məqalədə o da qeyd olunub ki, İran bu sənədlərdəki məlumatlardan istifadə edərək keçmiş nüvə silahı fəaliyyətini ört-basdır edib.
İsrailin baş naziri Naftali Bennet bu gün verdiyi video bəyanatında məsələyə toxunub. O videomüraciət zamanı bir sıra sənədləri nümayiş etdirib. Bennet bu sənədlərin fars dilində yazıldığını və İran Kəşfiyyat Nazirliyi tərəfindən “məxfi” olaraq qeyd edildiyini iddia edib.
Bennet sözügedən sənədlərin bir neçə il əvvəl İsrail tərəfindən ələ keçirildiyini bildirib. O, qeyd edib ki, bəzi sənədlərin üzərində əlyazmalar mövcuddur. Bennet bu qeydlərin keçmiş müdafiə naziri Fəxrizadəyə aid olduğunu iddia edib.
//Nəzərbəy Hacıağayev, Editor.az

