İsraildən İranla bağlı ilginc açıqlamabackend

İsraildən İranla bağlı ilginc açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxtda bölgədə gərginlik İsrailin baş naziri Binyamin Netanyahunun açıqlamaları ilə pik həddə çatıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) prezidentinin mənasız bəyanatla çıxış etdiyini əsas gətirərək qanuni müdafiə üçün İranın nüvə obyektinə hücum variantının masada qalmasını təkid edib.

Onu da qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Tehranda İran liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib ki, nüvə obyektinə istənilən hərbi hücum qeyri-qanunidir.

“Bizim özümüzü müdafiə etməyə icazə verilmirmi? Əlbəttə ki, bizə icazə verilir və biz özümüzü müdafiə edirik. Ölkəmizi qorumağa və zalımların yəhudi dövlətini məhv etməsinə heç nə mane ola bilməz”,- deyə baş nazir prosesi dəyərləndirərkən qeyd edib.

//Safura Bənnayeva, Editor.az