İsrail ordusunun mətbuat xidməti xəbər verir ki, İDF Qəzza zolağında reaktiv yaylım atəşi sistemini vurub. “İD İsrail mülki əhalisinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, – Telegram kanalında deyilir.
Qeyd edək ki, aprelin 2-də İsrail Hərbi Hava Qüvvələri Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsindəki tibb mərkəzinin yaxınlığındakı əraziyə hücum edib. Hücumun hədəfinin Fələstinin HƏMAS hərəkatının komanda mərkəzi olduğu bildirilib. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, həmin gecə ölkə ordusu “yeni səviyyəyə keçib”.
Martın 18-də İsrail HƏMAS ilə müqavilə imzaladıqdan iki ay sonra Qəzza zolağına zərbələri bərpa edib. Buna səbəb hərəkatın israilli məhbusları geri qaytarmaqdan imtina etməsi olub.
//Samir Qurbanov, Editor.az