İsraildən qisas əməliyyatı: “Hizbullah”ın obyektinə zərbə endirildi – VİDEObackend

İsraildən qisas əməliyyatı: “Hizbullah”ın obyektinə zərbə endirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı “Hizbullah”ın hərbi obyektinə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib.

Hərbçilər zərbənin hədəfinin “Hizbullah”ın böyük silah istehsal edən obyekti olduğunu bildiriblər.

Ordu hədəfin Livan ərazisinin dərinliklərində, Beyrutdan 55 kilometr şərqdəki Nəbi Şit kəndi yaxınlığında olduğunu dəqiqləşdirib.

Oxu.az