İsraildən Rusiya ilə bağlı şok etirafbackend

İsraildən Rusiya ilə bağlı şok etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Rusiya ilə əlaqələri Ukraynanın dəstəyinə ciddi məhdudiyyətlər yaradır.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.

Diplomat deyib ki, bəzi ukraynalı yəhudilərin İsrailin Ukrayna münaqişəsinə dair mövqeyindən narazılığından xəbərdardır:

“İsrailin Rusiya ilə təhlükəsizlik əlaqələri aşılması mümkün olmayan məhdudiyyətlər yaradır. Heç bir İsrail hökuməti bu marağı (Rusiya ilə əməkdaşlıqda – red.) heç kimin, o cümlədən ukraynalıların naminə təhlükəyə atmayacaq. İsrailin düşdüyü vəziyyət kövrəkdir”.

Qeyd edək ki, “Haaretz” qəzeti Brüsseldəki mənbələrə istinadən İsrail NATO kanalı vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırdığını iddia edib.