İsraildən Ukraynaya müharibənin gedişini dəyişə biləcək texnoloji yardımbackend

İsraildən Ukraynaya müharibənin gedişini dəyişə biləcək texnoloji yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti Ukraynaya raket və dron xəbərdarlığı texnologiyasının ötürülməsi üzərində işləyir.

Editor.az bildirir ki, bu barədə yanvarın 13-də Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Ukrayna Media Mərkəzində keçirilən brifinqdə məlumat verib. O, qeyd edib ki, Ukrayna ilə İsrail arasında gedən əməkdaşlıq Ukrayna tərəfinin gözləntilərini doğrultmur: “Raketlər və dronlarl barədə xəbərdarlıq edən İsrail texnologiyalarının ötürülməsi istiqamətində işlər aparılır.

Yəni, bu texnologiya rəsmi olaraq İsrail tərəfi tərəfindən ötürülür. Və hesab edirəm ki, bir müddətdən sonra biz onu tamamilə alacağıq. Amma bu, yenə də dövlətimizin gözləntilərinə tam cavab verir”, – Korniyçuk bildirib. O əlavə edib ki, “daha fəal” hərbi-texniki əməkdaşlığa ehtiyac var.

Səfir əlavə edib ki, texnologiyanın ötürülməsi bir neçə həftə çəkəcək. Çünki İsrail hökuməti bu istiqamətdə işlərə yeni başlayıb.

Bundan əlavə, hökumətlər digər yardım paketləri üzərində də əməkdaşlıq edirlər. Lakin onlar hələlik bu prosesi şərh edilə bilməzlər, – Korniychuk əlavə edib. Səfir eyni zamanda bildirib ki, İsrail Xarici İşlər Nazirliyi 2023-cü ildə Ukraynaya yardımın həcmini artıracağını bəyan edib. Amma hansı dəstəkdən danışıldığını açıqlamayıb.

//Samir Qurbanov, Editor.az