ABŞ Senatı İsrailə 14,1 milyard dollar məbləğində yardım layihəsini Konqresə təqdim edib.
Editor.az mənbələrə istinadən bildirir ki, bu vəsait ölkənin hakimiyyəti tərəfindən dövlət təhlükəsizliyinin təmin edilməsinə xərclənməlidir.
Fələstin anklavının mülki əhalisinə humanitar yardım üçün 10 milyon dollar da ayrılacaq. Qanun layihəsi üzrə ilkin səsvermənin yaxın günlərdə keçirilməsi planlaşdırılır. Amerika administrasiyası rəhbərinin sözlərinə görə, İsrailə ayrılan vəsait ona öz təhlükəsizliyini təmin etməyə və HƏMAS terrorunu dayandırmağa imkan verəcək.
//Samir Qurbanov, Editor.az

