İsrailə 17,6 milyard dollarlıq yardım paketi ABŞ Konqresinin Nümayəndələr Palatasından geri qaytarıldıbackend

İsrailə 17,6 milyard dollarlıq yardım paketi ABŞ Konqresinin Nümayəndələr Palatasından geri qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 17,6 milyard dollarlıq yardım göstərilməsi ilə bağlı qanun layihəsini rədd edib.

Yardım paketi aşağı palatada səslərin əksəriyyətini (250 əleyhinə 180) alıb, lakin onun təsdiqlənməsi üçün bütün nümayəndələrin üçdə ikisinin dəstəyi tələb olunub.

Editor.az “Business Insider”ə istinadən xəbər verir ki, demokratların müqaviməti səbəbindən qanun layihəsi qəbul oluna bilməyib.

Onlar Ukraynaya dəstək və ABŞ-ın cənub sərhədini gücləndirmək üçün maliyyə vəsaitini də əhatə edən geniş qanun layihəsinə İsrailə yardımın daxil edilməsini müdafiə edirlər. Bundan əlavə, 14 respublikaçı qanun layihəsinin maliyyə cəhətdən məsuliyyətsiz olduğunu bildirərək, təşəbbüsün əleyhinə səs verib, – BI xəbər verir.

//Samir Qurbanov, Editor.az