Ötən gecə İsrailin baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığı olub.
Editor.az bildirir ki, bu barədə İsrail baş nazirinin ofisindən məlumat verilib. Söhbət zamanı Benyamin Netanyahu Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Tərəflər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxması üçün onları gücləndirmək istəklərini bir daha təsdiq ediblər. İsrailin baş naziri həmçinin vurğulayıb ki, İsrail öz ətrafında “sülh çevrəsini” genişləndirməyi və Türkiyə ilə münasibətləri gücləndirməyi hədəfləyir. Öz növbəsində Türkiyə dövlətinin başçısı İsrailə fevral zəlzələlərindən sonra Türkiyəyə göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
//Samir Qurbanov,Editor.az

