İsrailin Baş naziri Lapid: “Heç kim bizə atəş əmrini diktə edə bilməz”backend

İsrailin Baş naziri Lapid: “Heç kim bizə atəş əmrini diktə edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Yair Lapid Əl-Cəzirə müxbiri Şirin Əbu Akilenin öldürülməsi ilə bağlı xəbərdən sonra ABŞ-ın tələbinə reaksiya verərək bildirib ki, İsrail ordusuna atəş açmağı heç kim göstəriş verə bilməz.

Editor.az İsrail İctimai Yayım Təşkilatı KAN-ın məlumatına istinadən xəbər verir ki, bu barədə Lapid İsrail dəniz qüvvələrinin zabitlərinin buraxılış mərasimində çıxış edib. Lapid İsrail ordusunda terrorçuların açdığı atəşə qarşı özünü müdafiə edən əsgərin mühakimə olunmasına icazə verməyəcəyini qeyd edib və fələstinli jurnalist Şirin Əbu Akilenin öldürülməsini “terrorçularla qarşıdurmada faciə” kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bazar ertəsi sentyabrın 5-də bildirib ki, onlar İsrailli tərəfdaşlarına qarşıdurmalar zamanı jurnalistləri qorumaq və günahsız vətəndaşları güllələməmək üçün əlavə addımların atılmasını tələb etməyə davam edəcəklər.

Xatırladaq ki, Əl-Cəzirə televiziyasının təcrübəli müxbiri 51 yaşlı Əbu Akile mayın 11-də İsrail qüvvələrinin İordan çayının qərb sahilinin Cenin şəhərindəki qaçqın düşərgəsinə basqını zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub.

//Gülnarə Abasova, Editor.az