İsrailin Fələstin anklavında HƏMAS-ın məhv edilməsinə yönəlmiş hərbi əməliyyatları “daha bir neçə ay” davam edəcək.
Editor.az bildirir ki, bu barədə İsrailin Baş Qərargahının rəhbəri Herzi Halevi bildirib. “Bu müharibənin mürəkkəb məqsədləri var və mürəkkəb ərazidə aparılır.
Ona görə də müharibə hələ çox aylar davam edəcək. Biz indi səylərimizi Qəzza zolağının cənubunda, o cümlədən Xan Yunisdə cəmləşdiririk.
Və biz Qəzza zolağının şimalında əldə olunan nailiyyətləri dərinləşdirməyə davam edirik”, – Herzi Halevi deyib. Onun sözlərinə görə, HƏMAS-ı məhv etmək üçün uzun və israrlı mübarizə lazımdır. O, daha sonra vurğulayıb ki, ölkə hakimiyyəti bütün HƏMAS terrorçularını məhv etmək qərarına sadiqdir.
//Samir Qurbanov, Editor.az

