İsrailin hərbi kabinetinin iclasında müzakirəbackend

İsrailin hərbi kabinetinin iclasında müzakirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə keçirilən “Döyüş kabineti”nin iclasında ordunun apardığı araşdırma səbəbilə bir çox nazirin Baş Qərargah rəisi Herzi Halevi və İsrail ordusunun nümayəndələrini hədəf alması nəticəsində mübahisə yarandığı bildirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 7-dən sonra İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə qurulan Müharibə Nazirləri kabineti daxilində döyüş komandanlığı və əsir mübadiləsi ilə bağlı fikir ayrılıqlarına yenisi əlavə edilib.

Jerusalem Post qəzetində yer alan xəbərə görə, dünən axşam saatlarında keçirilən döyüş kabinetinin iclasında bir çox nazirin Baş Qərargah rəisi Halevi də daxil olmaqla, iclasda iştirak edən ordu nümayəndələrini hədəf almasından sonra qızğın müzakirələr yaşanıb.

İclasda maliyyə naziri Bezalel Smotriç, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, nəqliyyat naziri Miri Regev və regional əməkdaşlıq naziri David Amsalem bəyan ediblər ki, orduya 2005-ci ildə Qəzza zolağından çəkilməyə dəstək verən rəsmiləri də daxil etməyi planlaşdırır.

//Səbinə Hüseynli, Editor.az