Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş rayonunda İsrailin Baş Konsulluğunun qarşısında qanlı atışma baş verib.
Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, baş verən silahlı insident nəticəsində 3 hücumçu zərərsizləşdirilib, 2 polis əməkdaşı isə yaralanıb.
İstanbul Polis İdarəsindən verilən son məlumata görə, konsulluğa hücum edənlərdən 2-si hadisə yerində məhv edilib, 1-i isə yaralı halda ələ keçirilib. Yaralanan polislər dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı rəsmi açıqlama verərək, hücumun bütün detallarının araşdırıldığını bildirib:
“Faktla bağlı 1 baş prokuror müavini və 2 respublika prokuroru təyin edilib. Prokurorlar hadisə yerində araşdırmalara və lazımi istintaq tədbirlərinə başlayıblar”.
Musavat.com Türkiyə mediasına istinadən hadisənin anbaan görüntülərini təqdim edir:

