Livanın cənubunda quru əməliyyatına başlayan İsrailin bu ölkənin “uzunmüddətli işğalı” planı yoxdur.
Bu barədə oktyabrın 1-də adı çəkilməyən rəsmilərə istinadən CNN məlumat yayıb. İsrail rəsmiləri Livanın cənubundakı quru əməliyyatını əhatə dairəsi məhdud olaraq xarakterizə edir. Onlar bildiriblər ki, İsrail qoşunları Livana məxsus sərhəddə yerləşən kəndlərdən gələn təcili təhlükələri, o cümlədən “Hizbullah”ın İsrailin şimalına sızma ehtimalını aradan qaldırmağa diqqət yetirəcək. Yüksək səviyyəli İsrail rəsmisi həmçinin bildirib ki, İsrailin Livanda qalmaq planı yoxdur.
Lakin rəsmilər İsrail qoşunlarının ölkəyə nə qədər dərinlikdə daxil olacağı və ya əməliyyatın nə qədər davam edəcəyi barədə məlumat verməkdən imtina ediblər.
//Samir Qurbanov, Editor.az