İsrailin Qəzzaya hücumları davam edirbackend

İsrailin Qəzzaya hücumları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə hücumları davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Fələstin Səhiyyə Nazirliyi indiyədək İsrailin hücumları nəticəsində 143-ü uşaq və 105-i qadın olmaqla, 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.

Nazirlik, İsrailin hücumlarda qəsdən təcili yardım maşınlarını hədəf aldığını və Qəzzada Beyt Hanun xəstəxanasının hava hücumları səbəbilə xidmətdən çıxdığını açıqlayıb.

Mühasirəyə alınmış Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayının 900-ü keçdiyi qeyd edilib. İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, 157-si ağır olmaqla, ümumilikdə 2616 israilli yaralanıb.

//Safura Bənnayeva, Editor.az