İsrailin xarici işlər naziri Eli Koen Kiyevə gəlib. Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri yüksək rütbəli İsrail rəsmisinin Ukraynaya ilk səfəridir.
Editor.az bildirir ki, bu barədə Koen Twitter-də yazıb: “İndi mən Kiyevə gəlmişəm. Prezident Zelenski və xarici işlər naziri Kuleba ilə görüşəcəyəm”. Koen əlavə edib ki, o, Kiyevdə tam fəaliyyətini bərpa edən İsrail səfirliyinin açılışında da iştirak edəcək. Bundan əlavə, nazir Buça və Babi Yarı ziyarət etməyi planlaşdırır. Koen qatarın yanında foto yayımlayıb və qeyd edib ki, o, “İsrailin çətin anlarda Ukraynanı və Ukrayna xalqını dəstəklədiyini söyləməyə gəlib”.