İsraillə HƏMAS arasında girov mübadiləsi davam edirHƏMAS yaraqlıları beşinci girov qrupunu Qırmızı Xaç əməkdaşlarına təhvil verib.
Editor.az “The Wall Street Journal”a istinadən yazır ki, söhbət bir saat ərzində İsrail tərəfinə təhvil veriləcək 10 girovdan gedir.
Bu gün, noyabrın 28-də müvəqqəti atəşkəs sazişinin müddətinin uzadılmasına dair razılaşma qüvvəyə minib. Şərtlərə görə, HƏMAS 60 fələstinli məhbus müqabilində 28 və 29 noyabrda 20 nəfəri azad etməlidir. Bu gün gecə dördüncü mübadilə baş tutub, onun şərtlərinə əsasən 11 girov İsrailə qayıdıb, 33 fələstinli isə İsrail həbsxanalarından azad edilib.
//Samir Qurbanov, Editor.az

