İsraillə HƏMAS arasındakı müvəqqəti atəşkəs başlanandan 15 dəqiqə sonra pozuldubackend

İsraillə HƏMAS arasındakı müvəqqəti atəşkəs başlanandan 15 dəqiqə sonra pozuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 24-də İsrail və Fələstinin HƏMAS qruplaşması arasında atəşkəs başlayıb.

Editor.az “The Times of Israel”ə istinadən xəbər verir ki, Qəzzada saxlanılan 13 girov, eləcə də İsrail həbsxanalarından olan qeyri-müəyyən sayda fələstinli məhbus bu gün azad ediləcək. Lakin müvəqqəti atəşkəsdən bir neçə saat əvvəl İsrailin Qəzzaya bitişik şəhərlərində siren səsləri eşidilib.

Bundan əlavə, Qəzza zolağının aktiv atəşə tutulduğu bildirilir. Bu arada İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında naməlum fələstinli silahlıların 15 dəqiqə ərzində atəşkəsi pozduğunu bildirib. SAXAL İsrailin cənubuna atılan raketi ələ keçirib.

Raketin buraxılışında hansı qrupun məsuliyyət daşıdığı hələlik bəlli deyil, baxmayaraq ki, İsrail Müdafiə Nazirliyi daha əvvəl HƏMAS-ın Qəzzadan İsrailin cənubuna digər yerli yaraqlı qruplar üzərində təsiri səbəbindən hər hansı hücuma görə məsuliyyət daşıdığını bildirmişdi.

//Samir Qurbanov, Editor.az