Livan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah təşkilatın İsraillə hərbi qarşıdurmanın yeni mərhələsinə daxil olduğunu açıqlayıb.
O, yeni mərhələyə keçidin təkcə Fələstin cəbhəsini dəstəkləməkdən ibarət olmadığını vurğulayıb. Onun sözlərinə görə, hərəkat bütün cəbhələrdə açıq döyüşdədir. Nəsrullah təşkilatın mübarizə ərəfəsində olduğunu və “Hizbullah” və HƏMAS nümayəndələrinin ölümünün təsir etməyəcəyini, ancaq miqyasını genişləndirib gücləndirəcəyini bildirib.
O, İsraili qırmızı xətləri keçməkdə ittiham edib. Hərəkat lideri əlavə edib ki, hazırkı mərhələdə eskalasiya dərəcəsi rəqibin reaksiyasından asılı olacaq.
//Samir Qurbanov, Editor.az

