Livandakı Hizbullah Hərəkatı sərhəddə İsrail ordusu ilə toqquşmada daha bir üzvünün öldüyünü açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da toqquşmalarda ölən Hizbullah üzvlərinin sayı 155-ə yüksəlib.
Açıqlamada İsa Əli Nurəddin adlı Hizbullah üzvünün həyatını itirdiyi bildirilib.
Oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda ölən Hizbullah üzvlərinin sayı 155-ə yüksəlib.
Bundan əlavə, toqquşmalarda 28 livanlı mülki şəxs, 5 mülki İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.
//Səbinə Hüseynli, Editor.az

