İsrailli girovlarının ailə üzvləri Knessetin binasına soxularaq İsrail parlamentin iclasını yarımçıq qoyublarbackend

İsrailli girovlarının ailə üzvləri Knessetin binasına soxularaq İsrail parlamentin iclasını yarımçıq qoyublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın əlində olan israilli girovlarının ailə üzvləri Knessetin binasına soxularaq İsrail parlamentinin maliyyə komitəsinin iclasını yarımçıq qoyublar.

Editor.az “The Times of Israel”ə istinadən xəbər verir ki, onlar əsir vətəndaşların azad edilməsi üçün daha çox səy göstərilməsini tələb ediblər. “Reuters”in məlumatına görə, binaya 20-yə yaxın adam soxulub.

Bir qadının əlində Qəzza zolağında HƏMAS yaraqlıları tərəfindən saxlanılan üç ailə üzvünün fotoşəkilləri olub. Etirazçıların lövhələrində belə yazılıb: “Onlar orada ölərkən siz burada əyləşməyəcəksiniz”. Yaxınları girovların tezliklə azad edilməsini və qətiyyətli addımların atılmasını istəyiblər. Etirazçılardan biri, “The Times of Israel”in yazdığı kimi, maliyyə komissiyasının sədri Moşe Qafniyə deyib: “Siz öz maraqlarınız naminə hökuməti məhv etdiniz, lakin girovların qayıtmasından imtina edə bilməzsiniz”. Qafni iclası yekunlaşdırıb. Etirazçılardan heç biri saxlanılmayıb.

Son məlumatlara görə, Qəzza zolağında 132 nəfər əsir saxlanılır. 2023-cü ilin noyabr ayının sonunda bir həftəlik atəşkəs zamanı 108 girov azad edilib.

İsrail tərəfinin məlumatına görə, müharibə başlayandan bəri ən azı 27 girov öldürülüb. Yanvarın 14-də Təl-Əvivdə hökuməti girovların azad edilməsini təmin etməyə çağıran 24 saatlıq etiraz aksiyası keçirilib. Xatırladaq ki, Fələstin hərəkatının yaraqlıları məhbusların azad edilməsi müqabilində Qəzzada hərbi əməliyyatların dayandırılmasını tələb ediblər. İsrail bu şərti rədd etdi.

//Samir Qurbanov, Editor.az